ONN İnformasiya Agentliyi

Çeçen nazir Əli Həsənovun açıqlamasına cavab verdi – Video

Çeçen nazir Əli Həsənovun açıqlamasına cavab verdi – Video
16 Fevral 2019 - 10:03

Çeçenistanın Mətbuat və İnformasiya naziri Cambulat Umarov Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlamasına cavab verib.

ONN media Musavat.com-a istinadən xəbər verir ki, Çeçen nazir Çeçenistan rəhbərliyinin hadisə haqqında məlumatlı olduğunu bildirib. Onun sözlərinə görə, hökumət hazırda münaqişənin təfərrüatlarını aydınlaşdırır və davanın səbəbkarlarını axtarır. Umarov baş vermiş hadisəyə görə təəssüfünü də ifadə edib.

Qeyd edək ki, Əli Həsənov məişət zəminində baş vermiş bu kriminal hadisəyə sosial-etnik xarakter verilməsinə qarşı çıxmış, Azərbaycan və çeçen xalqlarını dost və qardaş xalqlar kimi səciyyələndirmişdi.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png