ONN İnformasiya Agentliyi

“Ermənilərlə münaqişə alovlana bilər” – Fikrət Sadıqov

“Ermənilərlə münaqişə alovlana bilər” – Fikrət Sadıqov
08 Yanvar 2019 - 14:04

“Reallıq bundan ibarətdir ki, Qazaxıstanda ermənilərin sayı kifayət qədərdir. Onlar hər zaman biznesdən əlavə səhnəarxası məsələlərlə məşğul olublar. Qazaxıstanın tarixində ermənilərlə bu cür toqquşmalar əvvəllər də qeydə alınıb”.

ONN media Olaylar-a istinadla xəbər verir ki, bunu  politoloq Fikrət Sadıqov deyib.

O qeyd edib ki, bu toqquşmalar lokal xarakter daşıyır, genişmiqyaslı münaqişələrə çevrilmirdi:

“Son Karaqanda hadisələrinə diqqət yetirsək, görərik ki, burada açıq şəkildə ermənilərin əli var. Ermənilər hesab edir ki, yaşadıqları ölkələrdə onların nüfuzu kifayət qədər yüksək, rolu çox böyük olmalı və onlar hər şeyə nəzarət etməlidirlər. Biz bunu tarixdən Azərbaycanda belə görmüşük. Onlar aparıcı yerlərdə işləyib, fəaliyyət göstrəriblər. İndi Qazaxıstanda da həmin bu məsələlər gündəmə çıxır”.

F.Sadıqov düşünür ki, bundan əlavə bu məsələdə xaricdən kiminsə əlinin olduğu istisna deyil:

“Mən ilk növbədə Ermənistan Respublikasını nəzərdə tuturam. Ermənistan öz-özlüyündə KTMT-də baş verən hadisələrdən çox narazıdır. Xüsusilə, Qazaxıstanın təşkilatdakı mövqeyi ilə bağlı Ermənistan tərəfində ciddi narazılıq var. Öz-özlüyündə istisna deyil ki, bu mövqe Qazaxıstanda yaşayan müəyyən eməni dairələrini qıcıqlandırır. Onları qazaxların üstünə qaldırır, münaqişə ocaqları yaratmaq istəyir”.

Nursultan Nazarbayev başda olmaqla Qazaxıstan rəhbərliyinin çox müdrik siyasət yürütdüyünü vurğulayan F.Sadıqov onların milli məsələləri hər zaman normal axında, mötədil formada həll etməyə çalışdığını vurğulayıb:

“Əgər xaricdən fitnələr olmasa və təzyiq göstərilməsə bu münaqişəni yatırtmaq olar. Ancaq hansısa xarici qüvvə və ya ölkə burda maraqlıdırsa, bu çox genişmiqyaslı münaqişəyə çevrilə bilər. Bunu qətiyyən istisna etmək olmaz. Təsadüfi deyil ki, artıq iki ölkənin nazirləri bir-birləri ilə telefon danışıqları aparırılar. Onlar başa düşürlər ki, bu münaqişə artıq alovlana bilər”.

Qeyd edək ki, bu il yanvarın 1-də, yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. Qeyd olunan iaşə obyektində yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra dava restoranın həyətində davam edib və nəticədə 1 qazax gənc – 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb.

Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər – Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər – Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib. Erməni milliyyətli digər 1 nəfər – Qururyan Narek haqqında isə axtarış elan edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png