ONN İnformasiya Agentliyi

Erməni polkovnikin Naxçıvan yalanı – RƏSMİ AÇIQLAMA

Erməni polkovnikin Naxçıvan yalanı – RƏSMİ AÇIQLAMA
24 May 2019 - 20:28

Ermənistan silahlı qüvvələri 5-ci korpusunun komandanı, polkovnik Andranik Piloyanın dövlət sərhədinin Naxçıvan sahəsindəki vəziyyətə dair səsləndirdiyi fikirlərə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən münasibət bildiriblər.

Müdafiə Nazirliyindən ONN media -ya daxil olan açıqlamada qeyd edilib ki, Naxçıvan istiqamətində mövcud vəziyyət barədə erməni polkovniki Andranik Piloyanın səsləndirdiyi fikirlər xəyal etdiyini həqiqət kimi qələmə verməkdən başqa bir şey deyil.

“Hər dəfə Azərbaycan tərəfi genişmiqyaslı hərbi təlimlər keçirərkən erməni ictimaiyyətində yaranan təşvişi görən Ermənistanın hərbi rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları mətbuata sızdırır.

Düşmən döyüş meydanında məruz qaldığı uğursuzluğu KİV nümayəndələrinə absurd bəyanatlar verməklə ört-basdır etməyə çalışır və beləliklə də özlərini Azərbaycan xalqının qarşısında gülünc vəziyyətdə qoyurlar. O ki qaldı Azərbaycan Ordusunun Naxçıvan istiqamətində keçən il qurduğu mövqeləri guya təminat səbəbindən tərk etməsi barədə söylənilən absurd fikirlərə, bu da tam yalandır.

Ermənistan tərəfindən fərqli olaraq, hazırda Azərbaycan əsgərinin yerləşdiyi yüksəkliklərdə elə bir post və döyüş mövqeyi yoxdur ki, ora hərtərəfli təmin olunmasın. Həmin mövqelər kommunikasiya xətləri və mövsümə uyğun olaraq bütün təminat növləri ilə təchiz edilib”, – Müdafiə Nazirliyindən bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png