ONN İnformasiya Agentliyi

Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb

Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
16 Yanvar 2019 - 15:27

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevayanvarın 16-da Fransa Respublikasının sabiq prezidenti Nikola Sarkoziilə görüşüb.

ONN media xəbər verir ki, görüşdə Nikola Sarkozinin prezidentlik fəaliyyəti dövründə Fransa-Azərbaycan əlaqələrinin uğurlu inkişafında xanım Mehriban Əliyevanın rolu vurğulanıb.

Qeyd edilib ki, xanım Mehriban Əliyevanın Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri kimi fəaliyyəti və eləcə də Heydər Əliyev Fondu tərəfindən Fransada mühüm humanitar layihələrin həyata keçirilməsi əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə böyük töhfə verib.

Görüşdə, eyni zamanda, bildirilib ki, Nikola Sarkozinin prezidentliyi dövründə Azərbaycan və Fransa dövlət başçılarının ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdikləri fəaliyyət nəticəsində ölkələrimiz arasında əlaqələr bir çox sahələrdə genişlənib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png