ONN İnformasiya Agentliyi

“Münaqişənin həlli Ermənistanda iqtisadi artım üçün imkanlar açacaq” – Nazir

“Münaqişənin həlli Ermənistanda iqtisadi artım üçün imkanlar açacaq” – Nazir
17 Yanvar 2019 - 22:42

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistanda iqtisadi artım üçün imkanlar açacaq.

ONN media xəbər verir ki, bunu “İnterfaks”a müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Münaqişənin nizamlanmasında irəliləyiş bütün regionda sülh, təhlükəsizlik və sabitlik üçün şərait yaratmaqla, ilk növbədə Ermənistanın özündə iqtisadi artım üçün imkanlar açacaq”, – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında Düşənbə və Sankt-Peterburqda aparılmış söhbətlər, habelə iki ölkənin xarici işlər nazirlərinin görüşləri danışıqlar prosesinin irəliləməsi baxımından müəyyən nikbinliyə əsas verir.

“Danışıqların formatı dəyişməz olaraq qalır”, – deyə Məmmədyarov bildirib.(oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png