ONN İnformasiya Agentliyi

“Neçə illərdir bunun arzusunda idik” – Səfir

“Neçə illərdir bunun arzusunda idik” – Səfir
08 Fevral 2019 - 18:55

Neçə illərdir Samur çayı üzərindən Rusiya ilə Azərbaycan arasında körpünün tikilməsinin arzusunda idik.

ONN media xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Samur çayı üzərində tikilməkdə olan körpüyə baxış zamanı deyib.

Səfir sərhəd keçid məntəqəsində həmişə böyük tıxaclar olduğunu bildirib:

“Avtobuslar, avtomobillər saatlarla gözləyirdi. Camaat əziyyət çəkirdi. Şükürlər olsun ki, bu problemin aradan qaldırılması məqsədilə işlər başlayıb və yüksək səviyyədə davam etdirilir. Neçə illər idi ki, biz bu məsələni qaldırırdıq. Məsələ prezidentlər, daha sonra nazirlər səviyyəsində öz həllini tapır. Bizim üçün sevindirici haldır ki, problem həll olundu. Gördüyünüz kimi qızğın iş gedir. Mən də azərbaycanlı səfir olaraq buna çox sevinirəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png