ONN İnformasiya Agentliyi

Özbəkistan rəsmiləri Bakıya gəlir

Özbəkistan rəsmiləri Bakıya gəlir
15 Fevral 2019 - 18:33

Fevralın 18-23-də Özbəkistanın Tikinti nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ONN media -ya verilən məlumata görə, Azərbaycanın şəhərsalma və tikinti sahəsində təcrübəsini öyrənmək məqsədilə gələcək nümayəndə heyətinin tərkibində Özbəkistanın Tikinti Nazirliyinin və bir sıra digər dövlət orqanları və şirkətlərinin rəsmiləri daxildir.

Şəhərsalma, memarlıq və tikinti fəaliyyəti üzrə həyata keçirilən dövlət siyasəti, qanunvericilik, idarəetmənin təşkili və dövlət tənzimləməsi sahələrində ölkəmizin təcrübəsi ilə yaxından tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyən etmək məqsədilə Özbəkistan nümayəndə heyətinin bir sıra aidiyyəti dövlət qurumlarının rəhbərliyi və ekspertləri, habelə özəl sektor nümayəndələri ilə görüşləri planlaşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png