ONN İnformasiya Agentliyi

Prezident İlham Əliyev Forumun açılışında iştirak edir

Prezident İlham Əliyev Forumun açılışında iştirak edir
14 Mart 2019 - 11:38

Bu gün Bakıda “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb.

ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

*** 

Bu gün VII Bakı Qlobal Forumu başlayır.

ONN media xəbər verir ki, “Yeni Xarici Siyasət” (“A New Foreign Policy”) şüarı altında keçiriləcək forum martın 16-dək davam edəcək.

Xatırladaq ki, hər il Bakı Qlobal Forumunda dünyanın bir çox ölkələrindən yüzlərlə nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər və elm adamları iştirak edirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png