Rusiya və Azərbaycan parlamentariləri Moskvada görüşəcək

Rusiya və Azərbaycan parlamentariləri yaxın zamanlarda Dövlət Dumasında parlament konfransı keçirmək niyyətindədir.

ONN media xəbər verir ki, konfrans zamanı yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması barədə sənədin imzalanması gözlənilir.

Qeyd edək ki, müvafiq komissiyanın yaradılması təşəbbüsü ilə ötən ilin iyununda Bakıya səfəri zamanı Dövlət Dumasının spikeri Vyaçeslav Volodin çıxış etmişdi.

Görüşün detalları barədə məlumatlar verilməyib.