Səbailin yollarına 2,5 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Bakının Səbail rayonunda yolların tikintisi üçün pul ayırıb.
ONN media xəbər verir ki, prezidentin sərəncamı ilə Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi üçün 2,45 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.