ONN İnformasiya Agentliyi

Azərbaycanda İLK- Yol polisi postunda uşaq dünyaya gəldi

Azərbaycanda İLK- Yol polisi postunda uşaq dünyaya gəldi
11 Fevral 2019 - 12:28

ONN media xəbər verir ki, ötən gün saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının xidməti ərazisi olan “Nəvai” postunda dayanıb.
 
Sürücü postda xidmət aparan YPX əməkdaşlarına yaxınlaşaraq onlardan kömək istəyib. Bildirib ki, sərnişinlərdən biri hamilədir və özünü pis hiss edir. Sərnişin dərhal postdakı tibb otağına dəvət edilib və ona ilkin tibbi yardım göstərilib. Daha sonra 113 təcili tibbi yardım xidmətindən həkimlər dəvət olunub.
 
Həkimlər gəldikdən sonra qadın doğuşa başlayıb. Həkim və YPX əməkdaşlarının köməyi ilə doğuş tam təhlükəsiz keçib və qız uşağı dünyaya gəlib. YPX əməkdaşları və həkimlərin yardımı ilə ana və uşaq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hal-hazırda vəziyyətləri normaldır.
 
BakuPost Avtosfer.az-a istinadən postun ərazisində çəkilən videogörüntünü təqdim edir:
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png