ONN İnformasiya Agentliyi

Azərbaycanda internetin qiyməti yüksək, sürəti isə aşağıdır – MÜQAYİSƏ

Azərbaycanda internetin qiyməti yüksək, sürəti isə aşağıdır – MÜQAYİSƏ
18 May 2019 - 23:35

İnternet və kommunikasiya məsələləri üzrə ekspert Osman Gündüz Azərbaycan və digər ölkələrdə internetin qiyməti və sürəti ilə bağlı müqayisəli nəticəni açıqlayıb.

ONN media Sputnik Azərbaycana istinadən bildirir ki, bu haqda ekspert “Facebook” statusunda məlumat paylaşıb.

“Regionlarda internetin sürətini və Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mənasız və bəsit tədbirlərini, “startap tender konsorsiumlarını” və festival və şadyanalıqlarını görəndən sonra düşündüm ki, qısa bir araşdırma edim. Sonda isə belə bir nəticə əldə etdim”, – deyə ekspert əlavə edib.

Ekspertin hazırladığı nəticə isə aşağıdakı kimidir:

Qazaxıstan: 30-35 manat, 200–500 mb/s (Kaztelekom)

Rusiya (Moskva): 13-15 manat, 200–500 mb/s (Rostelekom)

Gürcüstan: 30 manat, 50 mb/s (Magticom)

Azərbaycan: 30 manat – 5 mb/s (Aztelekom – ADSL, bütün regionlarda ancaq bu texnologiya əlçatandır)

30 manat – 6 mb/s (Baktelecom – ADSL, əsasən Bakı şəhəri və ətraf ərazilər)

26 manat – 25 mb/s (Baktelecom – bu paket həmin məşhur tanınmayan İT şirkətin 14 milyonluq layihəsinin GPON məhsuludur, əhatə dairəsi hələlik qeyri müəyyəndir).

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png