Bakı Avtovağzalında nə baş verir? – FOTO

Bakı Beynəlxaq Avtovağzal Kompleksinin qarşısı gölməçəyə çevrilib.
 
ONN media xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında məsələyə aydınlıq gətirərək bildirib:
 
“Binəqədi rayonu ərazisində, “Motodrom” yaşayış massivi adlanan hissədə su xətti qırılıb. Əməkdaşlarımız işləyir və problem günorta saatlarına qədər aradan qaldırılacaq”.