ONN MEDİA

Bakıya 395 yeni avtobus gətirildi

Bakıya 395 yeni avtobus gətirildi
14 Mart 2019 - 22:35
2018-ci ildə Bakıya 395 yeni avtobus gətirilib.

ONN media xəbər verir ki, daşıyıcılar tərəfindən il ərzində ümumilikdə dövlət büdcə vəsaiti hesabına 300 və daşıyıcılar tərəfindən isə 95 yeni avtobus alınıb.

Bundan əlavə 1 nəqliyyatın mübadilə mərkəzi və 1 yeni avtobus parkı istifadəyə verilib.

İl ərzində daha 5 marşrut xətti nağdsız ödəniş sisteminə keçirilib və bununla da bu sistemlə işləyən marşrutların sayı 20-dən 25-ə qaldırılıb.

Nağdsız ödəniş sistemi tətbiq edilən avtobusların sayı 503-ə çatdırılıb.

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP