ONN İnformasiya Agentliyi

BNA mövcüd nişanlarda dəyişiklik edəcək

BNA mövcüd nişanlarda dəyişiklik edəcək
18 Yanvar 2019 - 18:18
Paytaxtda qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameralarının fəaliyyət göstərdiyi küçə və prospektlərdə dayanma və durma qaydalarının pozulması hallarında azalmalar müşahidə edilməkdədir.
Bu barədə ONN media -ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, bir çox mərkəzi yollarda nəqliyyat axını normallaşıb, hərəkətin intensivliyi artıb.
“Bunu nəzərə alaraq dayanma və durmanın qadağan olunan yerlərdə yenidən 3.27 nişanının tələbinin günün saatlarına və həftənin iş və qeyri-iş günlərinə uyğun qüvvədə olması, onun qüvvədə olduğu sahənin dəqiqləşdirilməsi, bəzi yerlərdə həmin nişanın durmanı qadağan edən 3.28 nişanı ilə əvəz edilməsi ilə bağlı məsələlər nəzərdən keçirilir. Növbəti ayda təhlillərin nəticəsində məqsədəuyğun hesab edilən yerlərdə mövcud nişanlarda qanunvericiliyin tələbinə uyğun dəyişikliklər ediləcək”, – deyə qurum bəyan edib.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png