ONN İnformasiya Agentliyi

Duzdağın 40 illiyi qeyd ediləcək

Duzdağın 40 illiyi qeyd ediləcək
16 May 2019 - 21:20

Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş şəkildə qeyd ediləcək.

ONN media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 16-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib.

Sərəncamda deyilir ki, 2019-cu ildə Duzdağ Fizioterapiya Mərkəzininyaradılmasının 40 illiyi tamam olur.

Tarixi eradan əvvəl V-III minilliyə aid olan Naxçıvan Duzdağı 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir. Tarixən Naxçıvan Duzdağının və duzunun əhəmiyyəti alimlərin elmi-tədqiqat obyektinə çevrilmiş, geniş arxeoloji tədqiqatlar aparılmış, duzdan səmərəli istifadənin yolları müəyyənləşdirilmişdir. Naxçıvan duzundan məişətdə, sənayedə, təbiətdə və tibbdə geniş istifadə olunur.

Qədim Naxçıvan Duzdağının xüsusi müalicəvi əhəmiyyəti və duz tərkibinin zənginliyi nəzərə alınaraq 1979-cu ildə duz mədəni bazasında Naxçıvan Fizioterapiya Xəstəxanası yaradılmış, 2008-ci ildən isə Duzdağ Fizioterapiya Mərkəzi kimi fəaliyyətini davam etdirən bu səhiyyə müəssisəsində bronxial-astma və ağciyər xəstələri müalicə olunur.

Təbii şəfa ocağı olan Duzdağ Fizioterapiya Mərkəzi səhiyyə turizmi üçün də perspektivlidir. Müalicə üçün Mərkəzə hər il ölkəmizdən və xaricdən 4000-ə yaxın müraciət olur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png