ONN İnformasiya Agentliyi

Görkəmli alim, xeyirxah insan Yusif Seyidovun xatirəsinə…

Görkəmli alim, xeyirxah insan Yusif Seyidovun xatirəsinə…
10 Dekabr 2018 - 14:07

Görkəmli alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Yusif Mir Əhməd oğlu Seyidov artıq 3 ildir dunyasını dəyişmişdir.

Həyatını elmə həsr etmiş Y.Seyidov orta və ali məktəblər üçün elmi məzmununa, metodiki mükəmməlliyinə görə qiymətli dərs vəsaitlərinin, dərsliklərin, Azərbaycan tarixinə dair bir çox məqalələr və monoqrafiyaların, o cümlədən 200-dən çox elmi əsərin və 30-dan çox kitabın müəllifidir.

Bakı Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına təməli qoyulduğu gündən (1965-2013) dünyasını dəyişənədək rəhbərlik etmişdir.

Fəxrlə deyə bilərəm ki, Yusif Seyidovun Azərbaycan elminə ən çox bəhrə verən görkəmli alimlər sırasında layiqli yerini tutmuşdur.

O, vətənpərvər, əqidəsinə sadiq, mərd, ləyaqətli, xeyirxah, mənəvi cəhətdən güclü və sadə insan, fədakar, qayğıkeş ata və baba idi.

Dosta sədaqət, özündən yaşlılara, müəllimlərinə hörmət prinsipləri ilə yaşayırdı.

Atam haqqında xatirələrim çoxdur. Onları ifadə etməyə bir ömür yetməz. Atamın maraqlı söhbətləri, məsləhətləri, ata məhəbbəti üçün çox darıxıram.

Allah rəhmət eləsin!

 

Seyidova Vəfa Yusif qızı

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Görkəmli alim, xeyirxah insan Yusif Seyidovun xatirəsinə…
Görkəmli alim, xeyirxah insan Yusif Seyidovun xatirəsinə…
Görkəmli alim, xeyirxah insan Yusif Seyidovun xatirəsinə…
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png