ONN İnformasiya Agentliyi

Görməmişlik tendensiyası bərabərdi intihar aksiyasına- Aysberqin görünməyən tərəfləri

Görməmişlik tendensiyası bərabərdi intihar aksiyasına- Aysberqin görünməyən tərəfləri
15 Aprel 2019 - 20:12

Aysel Oğuz yazır…

Uzun zamandır toxunmaq istədiyim bir mövzü barəsində sizlərlə öz fikrimi bölüşmək istəyirəm…Əslində, sadə göründüyü qədər də çox dərin bir mövzudur.

O mövzü ki, axır vaxtlar gündəmə oturub, lakin bizləri düşündürməyən-İntihar mövzusu. İntihar xəbərini eşidəndə   bu addımın necə günah olduğunu deyirik, amma “Allah rəhmət eləsin”,”Allah günahlarını bağışlasın” sözlərini belə demirik. Bildiyimiz iş ölüb gedənin arxasınca danışmaqdır-bu ayrı bir müzakirə mövzusudur, təbii ki…Əlbəttə, özünə qəsd etmək günahdı, amma onları ölümə sürükləyən məhz sizlərsiz ( mən özümü bu sıraya aid etmirəm, çünki, mən insanları intihara sürükləyə biləcək ən son adamam. Əgər etsəydim bu mövzünü qabardacaq ən son adam olardım). Deyəcəksiz indi mənim (bizim) nə günahım (ız)…Bu cür sual verməyiniz normaldı, çünki siz bu günahı xəbərsiz edirsiz.İntiharların müxtəlif səbəbləri var, amma günümüzdə vacib səbəblərdən olan mövzünu böyük məmnuniyyətlə, həm də içim acıya-acıya qabartmaq istərdim.

Günümüzün mövzusu və həyatımıza oturan göstəriş…

Biz çox şöhrətpərəst, özümüzü göstərən millətik…Və bunun intiharlarla nə dərəcədə əlaqəli olduğunu sizlərə çatdırmağa çalışacam. Göstərməyimizin ilk yeri təbii ki, sosial şəbəkələrdir və əsasən də İnstaqramdır.İnstaqrama baxdıqca mən şəxsən görməmişlikdən və göstərməkdən başqa bir şey görmürəm.

Deməli bir çox qızlar (müşahidələrimə görə, görməmişlik tendensiyasına daha çox qızlar meyillidir) ailə qurarkən özü boyda xonçalarını çəkib sosial şəbəkədə paylaşır. Daha sonra xonçaların içində oğlan evinin bir dünya aldıqlarını bir-bir çəkir…paylaşır…(nə məna kəsb edir, hələ də anlamış deyiləm) və son zamanlar dəb halını almış  “blogger” olur. Əksər hallarda,  paylaşımlara kasıb və orta təbəqə (hətta o xonçaları bəzən heç orta təbəqə də ala bilmir, düşünün, yəni 800 manata xonça olar?) baxır…və istər istəməz bu dünya malına sahib ola bilmədiyi üçün onda həsəd yaranır.O saat ağlına gələn sual o olur ki, görəsən mənim niyə belə xonçam yoxdur,mənim bu qızdan nəyim əskikdi? Və öz özünü yemək qalsın bir qırağa,artıq ailə quracaq oğlanın da yavaş- yavaş beynini dəng edir ki, o da xərcə düşüb alsın. Gəlin etiraf edək ki, bu tip paylaşımları gördükdə hər birimizdə həsəd yaranır.Bəzi insanlarda bu ani hissdir. Keçib gedir. Bu cür insanlar iradəsi güclü olanlardır. Lakin digər tip insanlarda isə bu keçici deyil. Hətta deyərdim ki, bir xəstəlik kimi insanların içində ölənə qədər yaşayır,bəzən onu yeyir və intihara aparacaq qədər öldürür. Təbii ki, bu insanlar əqidəsi zəif olanlardır. Amma onların əqidəsinin zəif olmağı sizi heç bir məsuliyyətdən azad etmir. Sual yaranır;  Siz niyə xonça şəkili, tək qaş üzük şəkli, hansısa bahalı restoranlarda çəkilən şəkli, övladınız diş çıxarıb deyə, onun şərəfinə alınmış tort şəklini çəkib paylaşırsız? Biz nə zamandan bu qədər boş- bekar millətə çevirildik? Biz nə zamandan bu qədər görməmiş olduq? Nə zamandan hər şeyin şit -şorunu çıxardan olduq? Nə zaman hörməti pul ilə qazanmış olduq? Nə zamandan xoşbəxtliyimizin olçüsünü üzüklərin daş- qaşları, xonçaların böyüklüyü müəyyən edən oldu?

Böyüklərdən eşitdiyim qədər, sovet dönəmində biri bir maşın aldıqda illərlə qarajında saxlayardı ki, qonşu görüb, bundan varlı olduğunu düşünüb, pis olmasın. Və yaxud biri təzə paltar geyinəndə, ya təzə bir şey alanda o ətrafdakılar üçün bayrama çevrilərdi. Necə gözəldi….Biri o birinin qeydinə qalırdı ki,o birinin əsəbi pozulmasın…Ona görə köhnə kadrlara baxanda hər kəsin üzündə bir xoşbəxtlik görürəm. Lakin indi insanlarda o xoşbəxtliyi oxuya bilmirəm. Hər kəs dərdlidir… Və o aysberqin görünməyən tərəfləri də odur ki, biz bir-birimizi bədbəxt etmək kimi bir missiya daşıyırıq üzərimizdə.

Həyat o qədər uzun deyil ki, vaxtınızı bu cür boş-boş şeylərə xərcləyəsiz, inanın. Sizə heç kim demir şəkil paylaşmayın…paylaşın halal xoşunuz, amma o həddi keçməyin.Keçəndə nişanlar qayıdır, ailələr dağılır,evlərə söz-söhbətlər salır,iradəsiz insanların ağlını alır, daha dəhşətlisi isə keçəndə intiharlar baş verir, necə ki, dünən də bulvarda növbəti intihar hadisəsi baş verdir.Yox, o saat sevgiyə bağlamayın, kim bilir bəlkə də onu intihara sövq edəcək elə siz olmusuz? Bəlkə özünü bu naz- nemətlərə layiq görülmədiyi,natamam hiss etdiyi üçün özünü dənizə atıb? Sadəcə bəxtiniz onda gətirib ki, “intihar aksiyası”na qoşulanlar, gülüş obyektinə çevrilməməkdən ötrü heç vaxt etiraf etməz ki,bir həsəd qurbanı olub…Həsədin üstünü ya sevgi ört-basdı edir, ya da ailə fərdləri…Odur ki, görməmişliyə stop edək ki,intihar aksiyasına qoşulanlar uçurum kənarından, ikinci dəfə dünyaya qayıda bilsin.

Mənbə: Olaylar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png