ONN İnformasiya Agentliyi

Güclü külək İsmayıllıda ağacları kökündən çıxardı

Güclü külək İsmayıllıda ağacları kökündən çıxardı
20 May 2019 - 20:23

Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub.

ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib. Qeyd edək ki, Milli Hidrometeorologiya Departamentindən xəbər verildiyi kimi mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, rayonlarda, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib. Nazirliyin rəsmisinin sözlərinə görə 19 may 2019-cu il tarixində İsmayıllı rayonunda baş vermiş küclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb.

“Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır”, – deyə bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Güclü külək İsmayıllıda ağacları kökündən çıxardı
Güclü külək İsmayıllıda ağacları kökündən çıxardı
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png