ONN İnformasiya Agentliyi

Hər gün Sumqayıtdan Qubaya gedən gənc müəllim – FOTO

Hər gün Sumqayıtdan Qubaya gedən gənc müəllim – FOTO
13 Fevral 2019 - 20:21
24 yaşlı Maral Yusifova Qubanın Qəçrəş kənd tam orta məktəbində alman dili müəllimi işləyir. O, dərs keçmək üçün hər gün Sumqayıtdan Qəçrəşə qədər yol qət edir. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 45 bal toplayan M.Yusifova Qəçrəş kənd məktəbinə təyinat alıb. Həmin vaxtdan indiyədək orada çalışır.
ONN media xəbər verir ki, gənc müəllim Azvision.az -a açıqlamasında bildirib ki, o, eyni zamanda Azərbaycan Dillər Universitetinin Alman dili ixtisası üzrə magist təhsili alır.

“Sumqayıt şəhərində yaşayıram. Hər gün Sumqayıtdan atam məni Qubaya gətirir, burada gözləyir. Dərsim bitəndən sonra Bakıya qayıdıb magistr təhsili alıram. Çətinliklərə baxmayaraq, sənətimi sevdiyim üçün bu iş məni daha da ruhlandırır. Məqsədim şagirdlərə alman dilini öyrətmək və onların dil bacarıqlarını inkişaf etdirməkdir. Şagirdlərim də dərsi yaxşı qavrayırlar”, – Maral Yusifova deyib.

22 saat dərs yükü olan gənc müəllim 400 manat civarında əmək haqqı alır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Hər gün Sumqayıtdan Qubaya gedən gənc müəllim – FOTO
Hər gün Sumqayıtdan Qubaya gedən gənc müəllim – FOTO
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png