ONN İnformasiya Agentliyi

İki marşrutun xətti dəyişdirildi

İki marşrutun xətti dəyişdirildi
18 Aprel 2019 - 18:35

Nizami rayonu Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Abdulla Mirzəyev küçələrinin kəsişməsində dəmir yol keçidində müxtəlif səviyyəli yol ötürücüsünün (tunel) inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti 18 aprel 2019-cu il gecə saat 00:00-dan etibarən tam məhdudlaşdırılacaq.

Bu barədə ONN media -ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu səbəbdən, qeyd edilən ərazidən keçən 38 və 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişikliyə əsasən, 38 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi A.Mirzəyev küçəsinə keçirilib. 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar isə Mirzə Ələkbər Sabir küçəsi ilə Puşkin küçəsinin kəsişməsindən geri dönərək müəyyən olunmuş sxem üzrə hərəkət edəcəklər.

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png