ONN İnformasiya Agentliyi

İtkin düşən azərbaycanlı gəmi kapitanının axtarışları dayandırıldı

İtkin düşən azərbaycanlı gəmi kapitanının axtarışları dayandırıldı
17 Yanvar 2019 - 23:48
Yanvarın 7-də Türkiyənin Samsun şəhəri yaxınlığında gəminin qəzaya uğraması nəticəsində itkin düşən Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları dayandırılıb.
ONN media bildirir ki, bu barədə Azvision.az -a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Bildirilib ki, hər hansı bir xəbər gəldiyi təqdirdə müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, yanvarın 7-də saat 16:50-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəminin ekipaj üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşı olub.
Qəza zamanı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib, onun meyiti sudan çıxarılaraq təhvil verilib. Digər Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunu tapmaq mümkün olmayıb.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png