ONN İnformasiya Agentliyi

Nant şəhərində Azərbaycan məktəbi açılıb

Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 2019 - 21:34

Aprelin 20-də Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən ONN media -ya verilən məlumata görə, açılışa bu ölkədə yaşayan 90 nəfərə yaxın azərbaycanlı qatılıb.

Məktəbin açılışında Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu və digər rəsmilə qatılıblar.

Açılışda çıxış edən Fuad Muradov belə bir məktəbin açılmasının əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edib. O, eyni zamanda bildirib ki, Fransada Azərbaycan və türk diasporlarının birgə olduqca vacibdir.

Ebrar Çubukçu  isə öz növbəsində məktəbin açılmasının vacib addım olduğunu bildirib. O, nəzərə çatdırıb ki, bu  məktəbin yaxınlığında türk dərnəyi fəaliyyət göstərir və məktəblə dərnək arasında sıx əlaqə qurulacaq.

Məktəbin açılışında milli geyimli uşaqlar şeirlər söyləyib, “Sarı gəlin” mahnısının sədaları altında rəqs nümayiş etdiriblər.

Qeyd edək ki, məktəbdə kitabxana da fəaliyyət göstərir və orada ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png