ONN İnformasiya Agentliyi

Quba-Xınalıq yolu iki saat bağlı qaldı – NİYƏ?

Quba-Xınalıq yolu iki saat bağlı qaldı – NİYƏ?
27 İyun 2019 - 20:43

Bu gün Qubanın dağlıq ərazilərinə yağan güclü yağışdan sonra yaranan sel nəticəsində Quba-Xınalıq yolu bir müddət bağlı qalıb.

ONN media xəbər verir ki, yağışdan sonra qaya parçaları və palçıq kütləsi suötürücü qurğuların ağzını bağladığından sel suları yolun hərəkət hissəsinə çıxıb. Bu üzdən Xınalıq kəndinə gedən yolda avtomobillərin hərəkət 2 saat mümkünsüz olub.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının canlı qüvvəsi və ağır texnikası cəlb olunub.

Sahə rəisi Bilal Sultanov bildirib ki, qısa müddət ərzində Xınalıq və həmin istiqamətdə yerləşən digər 6 kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi təmin edilib. Güclü yağışdan sonra yola axan suyun həcmi azalıb. Amma suötürücü qurğular tutulduğundan yolun 36-39-cu km-də sel suları yolun hərəkət hissəsi ilə axmaqda davam edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png