ONN İnformasiya Agentliyi

Rusiya şirkəti Qarabağa görə Azərbaycandan üzr istədi

Rusiya şirkəti Qarabağa görə Azərbaycandan üzr istədi
18 İyun 2019 - 23:38

Rusiyanın “Ural hava yolları” aviaşirkətinin nəşri – UAM jurnalının redaksiyası iyun nömrəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata görə üzr istəyib.

ONN media xəbər verir ki, müvafiq açıqlama aviaşirkətin mətbuat xidməti tərəfindən yayılıb.

Rusiya Federasiyasının “Ural hava yolları” şirkətinin rəsmi mətbuat orqanı olan “UAM” jurnalında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verib.

Jurnal öz səhifəsində “Günəşli Ermənistana vertolyot turları” adlı reklam yerləşdirilib. Reklamda Dağlıq Qarabağ Ermənistan ərasizi kimi göstərilməklə yanaşı, həm də işğal edilmiş ərazilərə vertolyot turlarının təşkili də qeyd edilib.

Qeyd edək ki, “Ural hava yolları” şirkəti Azərbaycanla da yaxından əməkdaşlıq edir və Bakı, Gəncə və Lənkərana müntəzəm hava ucuşları həyata keçirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Rusiya şirkəti Qarabağa görə Azərbaycandan üzr istədi
Rusiya şirkəti Qarabağa görə Azərbaycandan üzr istədi
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png