ONN İnformasiya Agentliyi

Vətənpərvər gəncin yetişdirilməsində maarifləndirmənin rolu danılmazdır

Vətənpərvər gəncin yetişdirilməsində maarifləndirmənin rolu danılmazdır
16 İyul 2019 - 13:53

Məlum olduğu kimi Vətən amalı və azərbaycançılıq ideologiyası vətənpərvərlik anlayışı ilə birbaşa əlaqədardır. Vətənpərvər münasibət insanın Vətənin faydası üçün lazım olan fəaliyyəti həyata keçirmək niyyəti, həmçinin, ölkəsinin maddi-mənəvi sərvətlərinə daxili pozitiv münasibətdir.Vətən təəssübkeşliyi, vətənpərvərlik milli qürur və milli ləyaqət hissilə vəhdətdə digər bir məfhumun – azərbaycançılığın özəyini təşkil edir. Xatırladaq ki, bu ideyanın əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev milli vətənpərvərlik haqqında demişdir: “Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun”.

Ulu Öndər vətənpərvərliyi, vətəndaşlıq duyğusunu xalqın, vətənin taleyinin tərkib hissəsi hesab edirdi. Dahi şəxsiyyətin azərbaycançılıq ideyasının güclənməsində, onun etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik müstəvisinə keçirilməsində müstəsna rolu vardır. Ümummilli lider vətənpərvərliyə və dövlətçiliyə əsaslanan azərbaycançılığı qurdu, yaratdı, eyni zamanda, əməli surətdə həyata keçirdi. Milli ideologiyadan, azərbaycançılıq ideologiyasından danışarkən, böyük insan hər bir azərbaycanlının vətənpərvərlik hissləri ilə yaşamasını daim önə çəkirdi: “Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından – hər şeydən üstün tutsun”. Vətənpərvərlik vətənə məhəbbət, əcdadların ənənələrinə hörmət deməkdir.

Sirr deyil ki, vətənpərvərliyə və dövlətçiliyə söykənən azərbaycançılıq məhz ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası zamanı ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra milli bütövlüyümüzün təcəssümü olan milli ideologiya kimi formalaşdı, gerçəkləşdi və səfərbəredici fenomenə çevrildi. Böyük öndər Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsinə azərbaycançılığı, qəhrəmanlığı əxz etməklə bütün çətinlikləri aradan qaldırmaq vasitəsi kimi baxırdı: “Siz də Azərbaycan xalqına xidmət edərək… Vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız”. Hazırda demokratik, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan və bütün azərbaycanlılar ümummilli liderin layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyevin ətrafında birləşərək, milli azərbaycançılıq və vətənpərvərliyin vəhdəti şəraitində müstəqilliyimizi daha da möhkəmləndirir. Məhz müstəqilliyimizin qorunub saxlanması üçün gənc vətənpərvərlərin yetişdirilməsi vacib şərtdir. Unutmamaq olmaz ki, bu günün gənci sabahın atası, anası, ailə başçısıdır. Onun öz övladını necə tərbiyə etməsi isə ilk növbədə bu gün onun özünün necə yetişdirilməsindən asılıdır. Buna görə də bu sahədə görülən işlər daim diqqətdə saxlanılmalı, gənclərin vətənpərvərlik tərbiyəsi üçün yaradılan şəraitdən səmərəli istifadə etmək lazımdır. Dövlət gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində üzərinə düşən vəzifənin yerinə yetirilməsində əməli addımlar atmaqdadır.

Etiraf edilməlidir ki, Birinci Qarabağ Müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, onların müalicəsinin təşkili, məşğulluğunun təmini baxımından böyük işlər görülmüşdür. Dövlətin gənclər siyasətinin özəyini də məhz vətənpərvər gənclərin yetişdirilməsi ideyası təşkil edir. Hazırda respublikamızda yaradılan şərait nəticəsində vətənpərvər gənclər nəsli formalaşmaqdadır. Heç şübhəsiz ki, bu gənclər  itirilmiş torpaqlarımızın  bərpa olunmasında, işğal altında olan ərazilərimizin  qaytarılmasında həlledici sözü deyəcək.

Birmənalı şəkildə qeyd etmək olar ki, gənclərdə vətənprərvərlik hissinin yüksəldilməsi üçün maarifləndirmə tədbirlərinin əhəmiyyəti kifayət qədərdir. Hazırda gənclər müxtəlif radikal dini qurumların, antiAzərbaycan fəaliyyətdə olan ayrı-ayrı qrupların təsiri altına düşmək ehtimalı yüksəkdir. Məhz gənclərin düzgün tərbiyə olunması, Vətənə məhəbbət hissinin aşılanması onları nəinki bu təsirlərdən, eləcə də zərərli vərdişlərdən qurtarmaq imkanıı yaradır. Bu baxımdan Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Onlar haqqında verilən məlumatlar əsasında şagirdlər həm tarixin müəyyən mərhələlərində xalqımızın həyatında, yadellilərə qarşı mübarizədə, müstəqilliyimizin əldə olunmasında, dövlətçiliyimizin qorunmasında, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında böyük rol oynamış qəhrəmanları, tarixi şəxsiyyətləri, mədəniyyət xadimlərimizi tanıyır, həm də onların həyat və mübarizə yolu timsalında vətənpərvər kimi yetişirlər. Ölkəmizdə qeyd olunan milli və dövlət bayramları, tarixi günlər də əvəzsiz vətənpərvərlik tərbiyəsi vasitəsidir. Məhz bu vasitələrdən istifadə mütəmadi xarakter daşımalıdır ki, bütöv bir vətənpərvər gənc nəslin formalaşmasına nail olunsuz.

Alim

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində çap olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png