ONN İnformasiya Agentliyi

“Qisseyi-Əbu Əli Sina” əsərinin surəti əldə edildi

“Qisseyi-Əbu Əli Sina” əsərinin surəti əldə edildi
07 Yanvar 2019 - 14:18

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından “Qisseyi-Əbu Əli Sina” əsərinin surətini əldə edib.

ONN media Olaylar-a istinadla bildirir ki, Orta Asiyanın böyük alimi Əbu Əli ibn Sinaya həsr edilmiş və Azərbaycan turkcəsində yazılmış bu əsər Osmanlı imperatoru II Səlimin oğlu, 21 il hakimiyyətdə olmuş III Murada (1574-1595) hədiyyə edilib.

“Qisseyi-Əbu Əli Sina” 99 vərəqdən ibarətdir, əsas hissəsi nəsrlə, əvvəli və sonu nəzmlə yazılıb. Əsərdə İbn Sina barədə tarixi faktlarla yanaşı, rəvayətlər də yer alıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png