ONN İnformasiya Agentliyi

İyunda keçiriləcək vacib imtahanların dəqiq təqvimi

İyunda keçiriləcək vacib imtahanların dəqiq təqvimi
21 May 2019 - 14:22

2019-cu ildə keçiriləcək imtahanların tarixləri Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə müddətdir ki, açıqlanıb.
 
ONN media DİM-in rəsmi saytına istinadən, iyunda təşkil olunacaq imtahan və tədbirlərin təqvimini diqqətə çatdırır:
 
1 iyun – TOEFL imtahanı;
 
1 iyun – SAT imtahanı;
 
2 iyun- Buraxılış imtahanları – Ümumi (9 illik) orta təhsil bazasında, II mərhələ, 1-ci istiqamət
 
3 iyun  – Rezidenturaya qəbul üzrə I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı;
 
7 iyun – İxtisaslaşma seçimi;
 
9 iyun- Buraxılış imtahanları – Ümumi (9 illik) orta təhsil bazasında, II mərhələ, 2-ci istiqamət;
 
15 iyun – TOEFL imtahanı;
 
16 iyun – Buraxılış imtahanları – Ümumi (9 illik) orta təhsil bazasında, II mərhələ, 3-cü istiqamət;
 
20 iyun – Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (digər komissiyalar üzrə);
 
20 iyun – Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə);
 
20 iyun -Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə);
 
23 iyun – Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı (II imtahan) – I və IV ixtisas qrupları üzrə;
 
27 iyun- Bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı;
 
29 iyun-TOEFL imtahanı;
 
30 iyun- Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı (II mərhələ);
 
30 iyun- İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı (B növü);
 
30 iyun -Buraxılış imtahanları, II mərhələ – Ümumi orta bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün);
 
30 iyun- Orta ixtisas təhsil müəssisələrinə ümumi (9 illik) orta ixtisas bazasında qəbul imtahanı, II mərhələ (əvvəlki illərin məzunları)
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png