ONN İnformasiya Agentliyi

Nazirdən şad xəbər- “Dövlət sifarişli yerlər artırılacaq”

Nazirdən şad xəbər- “Dövlət sifarişli yerlər artırılacaq”
15 Fevral 2019 - 10:55

Azərbaycanda 2019-2020-ci tədris ili üçün ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq.
ONN media xəbər verir ki,  bunu təhsil naziri Ceyhun Bayramov deyib.
 
Nazir bununla bağlı sənəd layihəsinin Nazirlər Kabinetində artıq təsdiq olunma mərhələsində olduğunu deyib.
 
C.Bayramov əlavə edib ki, ötən illə müqayisədə dövlət sifarişli yerlərin sayı 12 324 yerdən 20 500 yerədək artırılıb:
 
“Hesab edirik ki, bu tendensiya növbəti illərdə də davam edəcək. Növbəti tədris ili üçün ali təhsil müəssisələrinin proqnoz yerlərinin sayında dövlət sifarişli yerlər 42 faiz təşkil edəcək. 2018-2019-cui tədris ilində bu təxminən 30 faiz idi”.
 
Təhsil nazirinin sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsində ali təhsil sistemində dövlət sifarişli yerlərin maliyyələşdirilməsi üçün əlavə maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur. BakuPost

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png