ONN İnformasiya Agentliyi

Ödənişsiz əsaslarla oxumaq istəyənlərə ŞAD XƏBƏR

Ödənişsiz əsaslarla oxumaq istəyənlərə ŞAD XƏBƏR
21 Yanvar 2019 - 16:53

Ali məktəblərə qəbul zamanı dövlət planına ayrılan yerlər artırılacaq.

ONN media xəbər verir ki, bunu açıqlamasında təhsil nazirinin müavini İdris İsayev deyib. 

O bildirib ki, əgər əvvəl qəbul zamanı tələbələr üçün ödənişsiz əsaslarla 13 min yer ayrılırdısa, artıq bu yerlər 20 min olacaq:

“Qəbul zamanı ödənişli təhsillə bağlı bir sıra yeniliklər gözlənilir. Lakin bu istiqamətdə hansı dəyişikliklərin ediləcəyi ilə bağlı konkret məlumat vermək tezdir. Bu artım, əsasən, Azərbaycanın əmək bazarında tələbat olan sahələrlə bağlı olacaq. Xüsusilə texnoloji sahələrə üstünlük veriləcək. Humanitar və digər sahələr üzrə isə elə böyük artım gözlənilmir. Əsasən, qəbulda dövlət planına ayrılan yerlərdə artım olacaq”.

Nazir müavini onu da əlavə edib ki, ali məktəblərdə tələbələrin qış imtahanları məlum hava şəraiti ilə əlaqədar olaraq daha irəli tarixlərə keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png