ONN İnformasiya Agentliyi

Rus bölməsində nə qədər şagird təhsil alır? – Nazir AÇIQLADI

Rus bölməsində nə qədər şagird təhsil alır? – Nazir AÇIQLADI
19 Aprel 2019 - 20:38

“Rus dilində tədris aparılan məktəblərlə Azərbaycan dilində tədris aparılan məktəblər arasında fərqliliyin olduğu deyilir. İlk olaraq onu deyim ki, rus və Azərbaycan bölməsində tədris olunan dərsliklər eynidir”.

ONN media “Report”a istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov “ASAN Radio”nun “QəbuldASAN” proqramında deyib.

Nazir rus və Azərbaycan bölməsində təhsillə bağlı danışarkən bunun sosial mediada müzakirə olunan mövzulardan biri olduğunu vurğulayıb: “Təəssüflər olsun ki, mənim feysbukda şəxsi hesabım yoxdur. Harda keyfiyyət göstəricisi yüksəkdir? Rus yoxsa, Azərbaycan bölməsində? Rus dilində tədris aparılan məktəblər Bakı və yaxın yerlərdə yerləşir. Son illər rus bölməsində təhsil alan şagirdlərin xüsusi çəkisi, təxminən, 8%-dən çoxdur. Bu rəqəm son illərdə dəyişməz qalıb. Rusdilli məktəblərdə rus dili xarici dil hesab olunmur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png