ONN İnformasiya Agentliyi

Təhsil naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

Təhsil naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
05 Mart 2019 - 11:56

Təhsil naziri Ceyhun Bayramov  martın 11-də Ağcabədi şəhərindəki Bayraq Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Xocavənd və Laçın rayon sakinlərini qəbul edəcək.

Nazirlikdən ONN media-ya bildirilib ki, qəbulda Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 5-7 mart 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png