ONN İnformasiya Agentliyi

Təhsil naziri məzunları təbrik etdi

Təhsil naziri məzunları təbrik etdi
14 İyun 2019 - 9:26

Təhsil naziri Ceyhun Bayramov Son Zəng münasibətilə məzunları təbrik edib.

ONN media xəbər verir ki, nazir bu barədə Feysbuk hesabıbda qeyd edib.

“Əziz məzunlar!

Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibətilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm.

Siz yeni arzularla gələcəyə hədəflənirsiz. Yeni həyat yolu Sizə məqsəd və imkanlarınızı birləşdirmək amalı bəxş edir. Bu amalla da ilk növbədə Vətənə, xalqa, insanlara xidmət vəzifəsi ilə müxtəlif həyat yollarını seçirsiniz. Əminəm ki, əldə etdiyiniz bilik və bacarıqlar, seçdiyiniz vətəndaş mövqeyi və dəyərlər sizə həyat yolunda töhfə verəcək.

Sizin hər biriniz bizim üçün dəyərli və əvəzolunmazsınız!

Yeni həyat mərhələsində sizə uğurlar arzulayıram!” – nazir qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png