ONN İnformasiya Agentliyi

Təxirə salınan dərs günləri üzrə müəllimlərin maaşı ödəniləcək? – AÇIQLAMA

Təxirə salınan dərs günləri üzrə müəllimlərin maaşı ödəniləcək? – AÇIQLAMA
19 Yanvar 2019 - 23:27
Təxirə salınan dərs günləri üzrə müəllimlərin əməkhaqqısı ödəniləcək.
ONN media xəbər verir ki, bu barədə Təhsil nazirliyindən Azedu.az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda qeyd olunub ki, Təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb. Mövcud əmək qanunvericiliyinə uyğun olaraq qeyd olunan tarixlər üzrə işçilərin əməkhaqqısı ödəniləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə təxirə salınan dərs günlərinin maaşının müəllimlərin əməkhaqqısından çıxarılmasına dair iddialar dolaşırdı.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png