ONN MEDİA

13 mart Həsən Əblüçün vəfat etdiyi gündür

13 mart Həsən Əblüçün vəfat etdiyi gündür
12 Mart 2019 - 23:08

 Unutmayaq, unutdurmayaq!

13 mart (1942 Təbriz-1994 Bakı) aktyor, rejissor, bədii qiraət ustası və pedaqoq Həsən Abbasqulu oğlu Əblucün vəfat etdiyi gündür.

Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbrizdə anadan olub. 1947-ci ildə ailəsi ilə birgə Bakıya köçüb. Politexnik İnstitutunun birinci kursunu bitirdikdən sonra Dövlət İncəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültəsində təhsilini davam etdirib.

40-a yaxın filmdə çəkilib, Dram Teatrında və Gənc Tamaşaçılar Teatrında tamaşalar qoyub, Mədəniyyət və İncəsənət Universitetində səhnə mədəniyyətindən dərs deyib.

Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb.

Allah rəhmət eləsin.

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP