2 aprel, Kəlbəcər ermənilər tərəfindən işğal edilib

Unutmayaq, unutdurmayaq!

1993-cü ilin aprel ayının 2-də, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib.

Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur.

Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.