10 mart – MİLLİ TEATR GÜNÜDÜR

Unutmayaq, unutdurmayaq!
10 mart Azərbaycan Respublikasında Milli Teatr Günüdür! 
Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 10 mart 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyuldu.

Milli teatrımızın yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun misilsiz xidmətləri var. İlk teatr binasını tikdirən də məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 1 mart 2013-cü il tarixində Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Bütün teatr camiyəsini – teatrşünasları, rejissorları, aktyorları və teatrla bağlı hər kəsi eyni zamanda bütün teatrsevərləri bu gün münasibəti ilə təbrik edirik!