ONN İnformasiya Agentliyi

Azərbaycan şahinləri, GÜNÜNÜZ MÜBARƏK!

Azərbaycan şahinləri, GÜNÜNÜZ MÜBARƏK!
14 Fevral 2019 - 9:30

ONN media bildirir ki, 1992-ci ildə Milli Ordunun Hərbi-Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan 14 fevral – Azərbaycanın Hərbi-Hava Qüvvələri Günü kimi qeyd olunur.

Tarixdə Azərbaycanın ilk hərbi pilotu  1891-ci il oktyabr ayının 2-də Qazax qəzasının Qıraq Salahlı kəndində dünyaya gəlmiş Qayıbov Fərrux ağa Məmmədkərim ağa oğlu olub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonar, 1992-ci il aprel ayının 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan “Su-25” döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Beləliklə müstəqil Azərbaycanın ilk hərbi təyyarəçisi kimi tarixə düşür.

Qürur verici haldır ki, nəinki Azərbaycanda eyni zamanda Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi də məhz Azərbaycanlı, Leyla Ələsgər qızı Məmmədbəyova (d.1909-ö1989) olmuşdur.

1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ölkənin ilk milli hərbi təyyarələrinin buraxılışına başlayıb.

Qürurlu hal odur ki, Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır.

Azərbaycan şahinləri, bayramınız mübarək olsun!
Vətən sizə əmanətdir, Azərbaycan əsgəri! Allah Sizi qorusun!

Vətən uğrunda şəhid olan bütün pilotlarımıza isə, Allah rəhmət eləsin.

VƏTƏN

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Azərbaycan şahinləri, GÜNÜNÜZ MÜBARƏK!
Azərbaycan şahinləri, GÜNÜNÜZ MÜBARƏK!
Azərbaycan şahinləri, GÜNÜNÜZ MÜBARƏK!
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png