Əli Əsədov Pakistanlı həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Pakistan İslam Respublikasında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar ilə əlaqədar bu ölkənin Baş naziri Şahbaz Şərifə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə ONN media-ya Nazirlər Kabinetindən bildirilib.

Məktubda Pakistanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir, faciə nəticəsində yaralananlara şəfa dilənir.