ONN İnformasiya Agentliyi

Əməkdar artist dəfn edildi

Əməkdar artist dəfn edildi
16 Noyabr 2021 - 15:04

Koronavirusdan vəfat edən tanınmış aktyor, Əməkdar artist Məcnun Hacıbəyov dəfn edilib.

Mərhum Qubanın İkinci Nügədi kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

xxx

Azərbaycanın tanınmış aktyoru, Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib.

Aktyor 86 yaşında bu gün səhər saatlarında COVID-19-dan dünyasını dəyişib.

M.Hacıbəyov 1935-ci ilin 5 oktyabrında rayonun İkinci Nügədi kəndində doğulub. Aktyor 10 illik orta məktəbi də bu kənddə bitirib. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png