Ərdoğan Azərbaycana gəlir – TARİX AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcək.

ONN media  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasındakı mənbə məlumat verib.

Xatırladaq ki, R.T.Ərdoğan bir neçə gün öncə Vətən müharibəsinin bir illiyi ərəfəsində Azərbaycana səfər edəcəyini açıqlamışdı. (“Trend”)