Ərdoğan Azərbaycanla bağlı daha bir VACİB SƏNƏDİ imzaladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib.

ONN media  xəbər verir ki, bununla bağlı qərar ölkənin “Resmi Gazete”sində dərc olunub.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” 2017-ci ilin oktaybarın 31-də Bakıda imzalanıb.

Saziş R.T.Ərdoğan tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minib.

Qeyd edək ki, sazişi 2017-ci il oktyabrın 31-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Türkiyənin o dövrkü Milli Müdafiə naziri Nurettin Canikli imzalayıb.