ONN İnformasiya Agentliyi

16 noyabr Hamlet Qurbanovun vəfat etdiyi gündür

16 noyabr Hamlet  Qurbanovun vəfat etdiyi gündür
16 Noyabr 2022 - 10:29

Unutmayaq, unutdurmayaq!

16 noyabr (1940-1995) kino və teatr aktyoru, Azərbaycanın əməkdar artisti Hamlet Ağadadaş oğlu Qurbanovun vəfat etdiyi gündür.

Hamlet Qurbanov 13 oktyabr 1938-ci ildə teatr və kino aktyoru Ağadadaş Qurbanovun və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olmuşdur. H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədov kursunu bitirmişdir. O,1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaratmışdır. C.Məmmədquluzadənin “Dəli yığıncağı” pyesində (1978) doktor Lalbyüz rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və “Azərbaycanfilm”in istehsal etdiyi filmlərə çəkilmişdir.

 

Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir.


Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png