ONN İnformasiya Agentliyi

250 minlik ordu “həyəcan”a qaldırıldı – NƏ BAŞ VERİR?

250 minlik ordu “həyəcan”a qaldırıldı – NƏ BAŞ VERİR?
23 İyul 2021 - 11:20

ABŞ və NATO qoşunlarının Əfqanıstandan qəfil geri çəkilməsi ilə Talibanın irəliləməsindən sonra sərhəd xəttindəki Tacikistan təhlükəsizlik qüvvələri “həyəcan” komandasına keçib.

ONN media xəbər verir ki, ölkənin bütün hərbi qüvvələrinin iştirakı ilə Tacikistanda ölkə tarixində ən böyük təlim keçirilib.

Təlimlə əlaqədar açıqlama verən Prezident Emoməli Rəhmon sərhəd xəttində yarana biləcək qarşıdurmalar zamanı diqqətli olmağa çağırış edib.

Rəhmon orduda xidmət edən 100 min aktiv canlı qüvvənin 3 saat davam edən nəhəng təliminə 130 min ehtiyat hərbçinin də səfərbər edildiyini açıqlayıb. Prezident təlim zamanı bölgəyə mindən çox hərbi texnika, yüzlərlə minaatan, helikopter və onlarla təyyarənin yerləşdirildiyini bildirib.

Rəhmon bölgədə baş verə biləcək qarşıdurmaya hazır olduqlarını bildirib.

“Bölgədəki qeyri-sabit vəziyyətə görə Tacikistan xalqının təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq”, – taciklərin lideri deyib.

Əfqanıstanda Taliban qüvvələrindən qaçan yüzlərlə əfqan əsgəri Tacikistana sığınıb. Tacikistan ordusu ehtimal olunan qarşıdurma üçün Əfqanıstan sərhədinə 20 min canlı qüvvə göndərildiyini açıqlayıb.(teleqraf.com)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png