ONN İnformasiya Agentliyi

44 günlük əfsanəvi hərb tariximizin görünməyən tərəfləri

44 günlük əfsanəvi hərb tariximizin görünməyən tərəfləri
25 İyun 2021 - 12:38

Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, Turan Araşdırma Mərkəzi İB-nin sədri, professor Əjdər Tağıoğlunun (İsmayılovun) – “44 günlük əfsanəvi hərb tariximiz” adlı kitabı azərbaycan, anadolu türkcəsi və rus dillərində “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Kitabı Anadolu türkcəsinə AMEA-nın Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova uyğunlaşdırıb, rus dilinə isə Lalə Emin Bağırzadə tərcümə edib.

Turan Araşdırma Mərkəzindən ONN İnformasiya Agentliyinə verilən məlumata görə, professor Əjdər Tağıoğlu bu kitabda “44 günlük əfsanəvi hərb tariximizi” Azərbaycan ordusunun dünya hərb tarixinə yazdığı “44 günlük” ilk əfsanəvi tarix kimi qiymətləndirir.

Müəllif yazır: «Düşmən üzərində Müzəffər Ordumuzun çaldığı şanlı tarixi qələbə Vahid Azərbaycanı iki hissəyə parçalamış qəddar rus imperiyasının 200 illik işğal tarixinə vurduğu ilk ağır zərbədir!.. Bu, Ali Baş Komandanımız İlham Heydəroğlunun ona atasından miras qalmış səbr, təmkin və zamanı qabaqlayacaq böyük müdrikliklə tarixən yarıdilənçi olmuş köçkün ermənilərə deyil, onların simasında 1990-cı illərdə “Qanlı Qarabağ tarixi”ni yazan, ermənilərə güclü hərbi texnika ilə yardım göstərən, torpaqlarımızı 30 il işğal altında saxlayan rus imperiyasına, Fransanın Baş Naziri Makronun türk-islam düşməni olan terrorçu dövlətinə və saman altından su yeridən bəzi “dost və qardaş” dövlətlərə vurulan zərbədir…»

Eyni zamanda, dünya xalqları tarixində bəşər övladı adına layiq soy-kökü olmayan, başqa dünya xalqları kimi, etnoeponim adı olmayan ermənilərin,onların havadarlarının köməyi ilə, dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycan türklərinin qədim Qarabağ torpaqlarını işğal etməsi və bir az da geri tarixə nəzər salaraq XIX əsrin əvvəllərində qədim İrəvan xanlığında “Ermənistan” adında dövlət yaratdıqları kimi, XX əsrdə də Qarabağda imperiyanın tərkibində “ikinci erməni dövləti” təşkil etmək üçün “Artsax” (“Arsak”) toponiminin uydurulması haqqında tarixi faktlarla məlumat verir.

Müəllif bu toponimin ermənilərlə heç bir əlaqəsinin olmadığına və “Arsak” toponiminin etnotarixinə qısaca nəzər salaraq işğalçı qüvvələrin Azərbaycan ərazisində “ikinci erməni dövləti” təşkil etmək üçün ermənilərin saxtakarlığını siyasi məqsədlə bayrağa çevirdiklərini bildirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png