ONN İnformasiya Agentliyi

ADU-da media tur təşkil edildi

ADU-da media tur təşkil edildi
07 Yanvar 2022 - 11:51

Azərbaycan Dillər Universitetində (ADU) 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

Bu münasibətlə ADU-da media-tur təşkil olunub.

Mediaturda millət vəkilləri, təhsil ekspertləri və mətbuat nümayəndələri iştirak edib.

Qonaqlar əvvəlcə tədris prosesini izləyiblər. Daha sonra ADU rektoru, akademik Kamal Abdulla ilə görüş keçirilib.

Rektor millət vəkilləri, təhsil ekspertləri və jurnalistlərlə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavab verib.

Qeyd olunub ki, 2021-2022 təhsil ilinin payız semestrinin qış imtahan sessiyası yanvar ayının 5-dən başlayıb. İmtahanlar fevralın 5-dək üç növbədə davam edəcək.

Gün ərzində universitetin hər üç tədris korpusunda 7027 tələbədən 1500 tələbə imtahan verir.

İmtahanların keçirilməsi zamanı “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilitaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png