Ağdamda tikinti zamanı insan sümükləri tapıldı

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində aparılan tikinti işləri zamanı insan sümükləri aşkar edilib.

ONN media  xəbər verir ki, hadisə Uzundərə kəndi yaxınlığında baş verib. “Körpü Bina Tikinti” MMC tərəfindən həyata keçirilən tikinti işləri zamanı yolun kənarındakı qazıntı yerindən 2 nəfər məxsus insan qalıqları tapılıb.

Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Ağdam rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.