Ağdaşda DƏHŞƏTLİ QƏZA: Bir ailənin üç üzvü…

Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon ərazisində keçən hissəsində avtomobil qəzası olub.

ONN media xəbər verir ki, “Hyundai” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 3-ü müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, avtomobildə olanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.