Akar Azərbaycanla hərbi təlimlərdən danışdı

Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır.

ONN media  xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətləri fasiləsiz olaraq davam edir: “Məqsədimiz dost və qardaş ölkələrin sülh, təhlükəsizlik və sabitlik içərisində yaşamasına töhfə verməkdir”.