ONN İnformasiya Agentliyi

AKP-nin nümayəndə heyəti Azərbaycana gələcək

AKP-nin nümayəndə heyəti Azərbaycana gələcək
22 İyul 2021 - 13:43

İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək.

ONN media xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, nümayəndə heyəti üzvlərinin Bakıda rəsmi şəxslərlə görüşü nəzərdə tutulur: “İyulun 28-də isə Gəncə şəhərində birgə konfrans keçiriləcək. Konfransda Şuşa Bəyannaməsindən irəli gələn məsələlər müzakirə olunacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png